AZ

Professor İsmayıl Balık: Azərbaycanda çox yüksək elmi potensial mövcuddur

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə qardaş ölkəmizin elmi ictimaiyyətini, alim və tədqiqatçılarını təbrik edirəm. Yubiley tədbirləri çox yüksək səviyyədə təşkil olunub. Biz də bir heyət olaraq burada iştirak. Bu gün Azərbaycanda çox yüksək elmi potensial mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ankara Universitetləri Xəstəxanalarının baş həkimi professor İsmayıl Balık bildirib. O qeyd edib ki, ötən ay akademik Mustafa Topçubaşovun 130 illik yubileyi ilə əlaqədar Bakıda olub, həmçinin iki il öncə buradakı toplantılarda iştirak edib: “Bir sözlə, Bakıya mütəmadi olaraq gəlirəm. Biz bir millət olaraq sadəcə Azərbaycanla Türkiyə arasında deyil, bütövlükdə Türk dünyası ərazisində, o cümlədən Balkan ölkələrində və dünyanın dörd bir yanından gələn elm adamları ilə birlikdə mütəmadi tibbi təşkilati işlərdə bir araya gəlirik. Bundan sonra da bizim azərbaycanlı alimlərlə, həkimlərlə iş birliyimizi, əməkdaşlığımızı davam etdirəcəyik”.

İsmayıl Balık Ankara Universitetləri Xəstəxanalarının baş həkimi olaraq gənc azərbaycanlı həkimləri təcrübələrini artırmaq üçün xəstəxanalarına dəvət edib: “Hazırda bir sıra azərbaycanlı tələbələr xəstəxanamızda təhsil almaqda və yaxud təcrübələrini artırmaqdadırlar. Biz onlara lazımi dəstək veririk və bunu davam etdirəcəyik”.

Seçilən
6
1
azertag.az

2Mənbələr