AZ

Avtomobil izdihama çırpıldı: Yaralılar var

Fransanın Oleron adasında sürücünün avtomobili piyadaların və velosipedçilərin üzərinə sürməsi nəticəsində 9 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunez sosial media hesabında bildirib.

O, yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu, 35 yaşlı sürücünün isə saxlanıldığını qeyd edib.

"Le Parisien" nəşrinin məlumatına görə, polis şübhəlinin ruhi sağlamlıq vəziyyətini araşdırır.

Seçilən
230
8
publika.az

10Mənbələr