AZ

TÜRKSOY-un Baş katibi TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 4-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Assambleyanın Beynəlxalq Katibliyində TÜRKSOY-un Baş katibi Sultan Raev ilə görüşüb.

TÜRKPA-dan AZƏRTAC-a bildirilib ki, görüşdən məmnunluğunu ifadə edən Baş katib Ramil Həsən türk əməkdaşlıq təşkilatlarının məsuliyyət çərçivəsinə daxil olan fəaliyyətlərin daha əlaqələndirilmiş şəkildə həyata keçirilməsi imkanlarını vurğulayıb.

Ramil Həsəni TÜRKPA-nın Baş katibi seçilməsi münasibətilə təbrik edən Sultan Raev əməkdaşlığın təməlini möhkəmləndirəcək mühüm layihələr həyəta keçirəcəkləri bir dövrə qədəm qoyduqlarını vurğulayıb.

Görüşdə türk əməkdaşlıq təşkilatlarının gündəliyindəki gələcək birgə fəaliyyətlərə dair fikir mübadiləsi aparılıb.

 

Seçilən
24
3
azertag.az

4Mənbələr