AZ

30 44 yaşlı qadınlarda risk daha yüksəkdir

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Mütəxəssislər miqren artımının səbəbini izah etdilər

Yeni araşdırmaya görə, dünyada təxminən 2,8 milyard insan baş ağrısından əziyyət çəkir. Mütəxəssislər bildirirlər ki, xüsusilə 30-44 yaş arası qadınlar və yüksək gəlirli ölkələrdə yaşayanlar arasında miqren və digər baş ağrısı növləri daha çox yayılıb.

Sherg.az xəbər verir ki, Avstraliyanın La Trobe Universiteti və Western Health-in apardığı, “Cell Reports Medicine” jurnalında dərc olunan araşdırmada 1990–2021-ci illər arasında 204 ölkədə baş ağrısı hallarının artım dinamikası təhlil edilib.

Müasir həyat tərzi - stres, az hərəkətlilik, alkoqol və kafein istifadəsi, keyfiyyətsiz yuxu, baş ağrılarını artıran əsas amillər kimi göstərilib.

Tədqiqatda həmçinin Covid-19 pandemiyasının da bu halları artırdığı, yoluxma və peyvənd dövrlərindən sonra da baş ağrısı şikayətlərinin davam etdiyi vurğulanıb.

Araşdırmanın müəllifi professor Tissa Vijeratne, diaqnostika və müalicədəki irəliləyişlərə baxmayaraq, risk faktorlarının qalması və peşəkar tibbi yardıma çıxışın məhdudluğu səbəbindən baş ağrısı hallarının azalma ehtimalının zəif olduğunu bildirib. O, bu problemin qlobal səhiyyə gündəliyində prioritet halına gətirilməli olduğunu və fərdi müalicə proqramlarına daha çox sərmayə ayrılmasını tövsiyə edib.

Turan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
1
sherg.az

2Mənbələr