"Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu ABŞ prezidenti Donald Tramp barədə fikirlərini bölüşüb.
Pirs Morqanla müsahibəsində 40 yaşlı ulduz jurnalistin "Trampa üzərində "Sülh üçün oynayan prezident Donald Trampa” sözləri yazılmış forman verilib. Bununla nə demək istəmisən?” sualına belə cavab verib:
"O, dünyanı dəyişə və ya dünyanın dəyişməsinə kömək edə biləcək insanlardandır”.