AZ

Sahibə Qafarova COP30-da iştirak üçün Braziliyaya işgüzar səfərə gedib

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cusessiyasında (COP30) iştirak etmək üçün Braziliya FederativRespublikasının Belem şəhərinə işgüzar səfərə gedib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Braziliya Hərbi Hava Qüvvələrinin Belem havalimanında Milli Məclisin sədrini Azərbaycanın Braziliyadakı səfiriRəşad Novruz və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində nümayəndə heyətimiz COP30 tədbirlərindəiştirak edəcək, sessiyada müzakirə olunan məsələlərə münasibətbildirəcək.

Seçilən
20
25
az.trend.az

10Mənbələr