AZ

Birinci yarımildə qlobal kiberhücumların 10,2 faizi İtaliyada baş verib

Roma, 5 noyabr, AZƏRTAC

Cari ilin birinci yarısında qlobal kiberhücumların 10,2 faizi İtaliyada qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, 2024-cü ildə bu rəqəm 9,9 faiz olub. Artım tendensiyası 2021-ci ildə qeydə alınan 3,4 faizlik göstəricidən bəri davam edib. Məlumata görə, hökumət və hərbi sektor kiberhücumlardan ən çox təsirlənən sahədir. Belə ki, bu sahə ümumi kiberhücumların 38 faizi təşkil edib, illik müqayisədə 6 dəfə artım qeydə alınıb.

İtaliyanın İnformasiya Təhlükəsizliyi Assosiasiyası olan “Clusit”in hesabatına əsasən, Rusiya tərəfindən koordinasiya edilən siyasi və ya sosial motivli hücumlar İtaliyada ümumi kiberhücumların 54 faizini təşkil edib, bu faiz göstəricisi ilə məlumatların və ya maliyyə vəsaitlərinin oğurlanmasına yönəlmiş ənənəvi kibercinayətkarlığı (46 faiz) üstələyib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
31
2
azertag.az

3Mənbələr