AZ

Kukla Teatrında "Açıq qapı" günü

Azərbaycan Dövlət Kukla Teatrı 8 noyabr - Zəfər Günü münasibətilə növbəti dəfə“Açı qapı” günü keçirəcək.

Kulis.az xəbər verir ki, teatr saat 16:00-da Vətən müharibəsinə həsr olunan “Yeddi nar çubuğu” tamaşasını təqdim edəcək.

Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanan tamaşanın səhnələşdirmə və mahnı mətnlərinin müəllifi publisist Zülfüqar Rüfətoğludur.

Müəllifin konflikt yaratması, məramı qüvvətləndirən hadisələr keçidini qurması və ən əsası, vahid məqsədə - tamaşaçını nağılın mahiyyətindəki birliyə, bərabərliyə səsləyən ideyasını ustalıqla obrazlar və mizanlar üzrə bölüşdürməsi tamaşanın ümumi tempini yüksək saxlayır.

Rejissor məişət nağılının ideyasından irəli gələn ibrətamiz hadisələr fonunda tamaşaçılara fərqli kukla texnikalarının köməyi ilə bitkin bir təsvir təqdim edə bilib. “Yeddi nar çubuğu”nda kölgə teatrı elementlərindən də istifadə edilməklə nağılın rəngarəngsəhnə həlli ərsəyə gətirilib.

Kölgə teatrı elementlərindən də istifadə edilməklə rəngarəng həll verilən tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Maraqla izlənilən tamaşadaobrazları teatrın aparıcı aktyorları – Əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Ramiz Qəmbərov, Yasin Abbasov, Araz Həsənli, Samirə Nəcəfova və Aygül Ağayeva canlandırırlar.

Seçilən
31
3
kulis.az

4Mənbələr