AZ

Bu ölkə Rusiya neftindən imtina edə bilər, lakin...

Rusiya neft və qazından sürətlə uzaqlaşmaq texniki cəhətdən çətin olur.

Publika.az xəbər verir ki, bunu Slovakiya prezidenti Peter Pelleqrini bəyan edib. O, bunu Bratislavada səfərdə olan polşalı həmkarı Karol Navrotski ilə görüşü zamanı bildirib.

Slovakiya lideri izah edib ki, ölkə ciddi problemlə üzləşir, çünki Rusiya enerji mənbələrindən mümkün qədər tez imtina etməyə çağırılır. O, belə bir keçidin texniki baxımdan son dərəcə mürəkkəb və qısa müddətdə mümkünsüz olduğunu deyib.

Pelleqrini Polşaya qaz tədarükünün diversifikasiyasında Slovakiyaya kömək etmək istəyinə görə təşəkkür edib. Prezidentlərin birgə bəyanatı Slovakiya liderinin sosial mediadakı rəsmi səhifəsində yayımlanıb.

Bundan əvvəl, oktyabrın sonunda Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova da enerji infrastrukturunun yenidən qurulması üçün vaxta ehtiyac olduğunu vurğulayıb. O deyib ki, Rusiyanın enerji resurslarından imtina etməzdən əvvəl Slovakiya iqtisadiyyatına zərər dəyməməsi üçün şərait yaradılmalıdır.

Seçilən
13
publika.az

1Mənbələr