AZ

“Göyçə gölü”nün “yaraladığı” Şahnazaryan: “Təhlükə var…”

Azərbaycan Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda dediyi “Xəritələrdə Sevan gölü yoxdur, Göyçə gölüdür” deməsi bu politoloq Qrant Melik-Şahnazaryanı “qəzəbləndirib”.

NOCOMMET.az xəbər verir ki, Şahnazaryan jurnalistlərlə söhbətində Ermənistanla Azərbaycan arasında hələ tam sülhün olmadığını vurğulayıb:

“Ölkəmiz hələ də müharibə şəraitindədir və yeni itkilər və güzəştlər təhlükəsi var”.

Hraparak nəşri yazır ki, Melik-Şahnazaryan delimitasiya prosesi çərçivəsində tənzimlənməli olan ərazi məsələlərinin hələ ki gündəmdə qaldığından da danışıb:

“O, başqa ad altında təqdim etməyə və Ermənistanın üzərinə sırımağa çalışdıqları qondarma dəhliz probleminə də diqqət çəkib.

Politoloqun fikrincə, Azərbaycan öz məqsədlərini Ermənistanın təhlükəsizliyi hesabına reallaşdırmağa çalışır.

“Söhbət real dünyadan deyil, cəmiyyəti çaşdırmaq cəhdindən gedir”, – deyən Melik-Şahnazaryan əlavə edib ki, reallıqlar Azərbaycan prezidentinin dediyi kimidir.

“Onların məqsədi Ermənistanın Sevan rayonu kimi ərazilərini Bakının nəzarəti altına almaq və azərbaycanlıların Ermənistan Respublikası ərazisində yaşamasına şərait yaratmaqdır” – deyə politoloq izah edib.

Amma politoloq Qrant Melik-Şahnazaryan xatırlatmaqda fayda var ki, gerçəklərə xəstələnmiş beyinlərinin və çirklənmiş ruhlarının gözü ilə deyil, gerçəyin öz gözü ilə baxsın.

Sevan gölünün olmadığını deyən Çar Rusiyasının 1826-28-ci il tərtib etdiyi xəritələr deyir, Əliyev sadəcə bunu xatırladır.

“Delimitasiya prosesi çərçivəsində tənzimlənməli olan ərazilər isə” əslində təcavüzkar Ermənistanın 1991-1994-cü illərdə işğal etdiyi Azərbaycan torpaqlarıdır. Torpağın sahibi öz ərazisini istəməsi tam da onun doğal haqqıdır.

Buna görə “Əliyev sülhə kölgə salır” demək siyasi əxlaqsızlıqdır.

Əntiqə Rəşid

Seçilən
4
nocomment.az

1Mənbələr