AZ

Zəfərə gedən yol

“Konstitusiya və Suverenlik ili” çərçivəsində, 8 Noyabr-Zəfər Günü, 1918-ci il azərbaycanlılara qarşı soyqırımlara həsr olunmuş “Zəfərə gedən yol” adlı silsilə tədbirlər keçirilib.

2025-ci il "Konstitusiya və Suverenlik ili" çərçivəsində, 8 Noyabr – Zəfər Günü və 1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımlara həsr edilən silsilə tədbirlər Quba, Qusar və Xaçmaz şəhərlərindəki Heydər Əliyev Mərkəzlərində, həmçinin Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində keçirilib.

“Zəfərə Gedən Yol” adı altında keçirilən tədbirlərdə mərkəzlərin rəhbərləri - Xaçmaz Heydər Əliyev Mərkəzinin rəhbəri Könül Əskərova, Qusar Heydər Əliyev Mərkəzinin rəhbəri Fatimə Zülfüqarova, Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva və Quba Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Şövqiyyə Seyidzadə  çıxış edərək keçirilən tədbirlərin bu sahədə işin təşkili üçün önəmli addım olduğunu və hər zaman tarixi həqiqətlərimizin unudulmamasını və gənclərə ötürülməsinin vacibliyini vurğulamışlar. Kompleksin Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin əməkdaşı Abutalib Turabov 1918-ci il azərbaycanlıların soyqırımı haqqında ictimaiyyətin, xüsusən də gənclərin maarifləndirilməsinin vacibliyini qeyd etmiş, gənclərimizin beynəlxalq tədbirlərdə erməni yalanlarına cavab vermək və gerçək tarixi faktları açıqlamaq üçün məlumatlı olmalarının əhəmiyyətini vurğulamışdır.

Təşkil olunan tədbirlərdə çıxış edən kompleksin mütəxəssisləri Nurcan Allahverdiyeva, Emin Ulubəyov, Orxan Hüseynov, İslam Aslanov və Tərlan Məmmədov 2007-ci ildə Qubada aşkarlanmış kütləvi məzarlıq haqqında məlumat vermiş, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Heydər Əliyev Fondunun təşəbbüsü ilə kompleksin tikilib istifadəyə verilməsi və rəsmi ziyarətçilər barədə ətraflı məlumat vermişlər. Eyni zamanda qeyd olunmuşdur ki, 2-ci Qarabağ müharibəsi zamanı Yenilməz Ordumuz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük müharibədə 30 il ərzində düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etmişdir. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildiyi vurğulanmışdır. Keçirilən tədbirlərdə ümumilikdə 100-dən çox insan iştirak edib.

Sonda Kompleks əməkdaşları tərəfindən adı qeyd olunan mərkəzlərin rəhbərliyinə soyqırımı hadisələrini özündə əks etdirən kitab və bukletlər təqdim olunmuşdur.

XQ

Seçilən
30
xalqqazeti.az

1Mənbələr