AZ

"Qarabağ Taxıl" MMC-nin nizamnamə kapitalı 4 milyon manat azaldılır

BAKI, 5 noyabr. TELEQRAF

"Qarabağ Taxıl" MMC nizamnamə kapitalını növbəti dəfə azaldıb.

Teleqraf xəbər verir ki, bu barədə MMC özü məlumat yayıb.

Belə ki, şirkətin nizamnamə kapitalı 3.919.945 manat azaldılaraq 5.052.442 manata endirilib.

Bu barədə “Qarabağ Taxıl” MMC-nin bütün debitor və kreditorları məlumatlandırılır. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, kreditorlar nizamnamə kapitalı azaldılan hüquqi şəxsin öhdəliklərinin xitam verilməsini, vaxtından əvvəl icrasını və dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirlər.

Xatırladaq ki, "Qarabağ Taxıl" MMC sonuncu dəfə bu ilin iyul ayında nizmanamə kapitalını azaltmışdı. Həmin vaxt şirkətin kapitalı 6 371 963 manat azaldılaraq 8 972.387 manat məbləğində müəyyən edilmişdi.

Qeyd edək ki, şirkət 2012-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi isə Baloğlanov Vüqar Samir oğludur.

Seçilən
29
1
teleqraf.com

2Mənbələr