AZ

“İşğaldan azad edilən torpaqlara səfər edəndə ayağımı torpağa qorxa-qorxa qoyurdum, çünki...”

Cəmi üç gündən sonra Azərbaycan xalqı 8 Noyabr zəfərinin 5-ci ildönümünü təntənə ilə qeyd edəcək.

Moderator.az xəbər verir ki, bu tarixi günlə bağlı açıqlama verən tanınmış hüquqşünas Şəfiqə Nağıyeva 8 Noyabr zəfərinin əhəmiyyətinə toxunub, bu zəfərin əldə edilməsində şəhid və qazilərimizin göstərdiyi qəhrəmanlığın tarixdə əbədi iz qoyduğunu bildirib:

“8 Noyabr zəfərindən öncə biz başıızı dik tuta bilmirdik. Çünki torpaqlarımız erməni işğalçılarının tapdağı altında idi. Torpaq inildəyirdi. Biz Prezidentimizn uzaqgörən siyasəti nəticəsində, övladlarımızın qanı bahasına bu tarixi zəfəri əldə etdik. Biz nə şəhidlərimizi, nə də qazilərimizi əsla unuda bilmərik.

Torpaqlarımız işğladan azad ediləndən sonra mən o müqəddəs yerlərə səfər etdim. Mən ayağımı torpağa qorxa-qorxa qoyurdum. Çünki bilirdim ki, o torpaqların hər qarışında şəhid qanı var.

Mən 8 Noyabr zəfəri ilə bağlı  Prezidentimizi, xalqımızı təbrik edir, dövlətimizə yeni-yeni uğurlar arzulayıram”.

Seymur ƏLİYEV

Seçilən
33
1
moderator.az

2Mənbələr