AZ

Türk Dövlətləri Təşkilatı Orta Dəhlizi region ölkələrinin maraqlarına cavab verən məqsədyönlü marşruta çevirməyə çalışır – ŞƏRH

Bakı, 5 noyabr, Leyla Muradzadə, AZƏRTAC

Orta Dəhliz çox mühüm multimodal marşrutdur. O, Xəzər dənizi regionunu, Türkiyəni, Mərkəzi Asiyanı, Çini və Avropanı birləşdirir. Əslində, bu, həmin marşrutdur ki, ondan istifadə edən ölkələrin sabitliyinə, təhlükəsizliyinə və iqtisadi inkişafına xidmət edəcək.

Bu barədə AZƏRTAC-a Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov məlumat verib.

Politoloqun fikrincə, Türk Dövlətləri Təşkilatı bu istiqamətlərin inkişafında maraqlıdır. Çünki bu ölkələrin hər biri, ilk növbədə, müəyyən iqtisadi və siyasi fayda əldə edəcək.

Bununla bağlı o əlavə edib ki, Türk Dövlətləri Təşkilatının bu gün atdığı addımlar məhz həmin marşrutu reallaşdırmağa, onu bu dəhlizin birləşdirdiyi bütün regionların maraqlarına cavab verən konkret və məqsədyönlü bir nəqliyyat xəttinə çevirməyə yönəlib.

Seçilən
15
1
azertag.az

2Mənbələr