AZ

Kreml rəsmisindən XƏBƏRDARLIQ - Rusiyada vətəndaş müharibəsi başlaya bilər

Rusiyada yığılıb qalmış sosial, iqtisadi və siyasi ziddiyyətlər səbəbindən vətəndaş müharibəsi başlaya bilər.

Bizim.Media xəbə verir ki, bu barədə Rusiya Prezident Administrasiyasının ictimai proseslərin monitorinqi və təhlili idarəsinin rəhbəri Aleksandr Xariçev “Dövlət” (“Gosudarstvo”) jurnalında dərc olunan “Biz kimik?” adlı məqaləsində yazıb.

Xariçevin fikrincə, vətəndaş müharibəsi Rusiyanın qarşısında duran beş əsas təhdiddən biridir.
 

Digər təhdidlərə ölkənin siyasi, ərazi və mədəni suverenliyini itirməsi, depopulyasiya (əhali azalması), vətəndaşların hakimiyyətə inamının sarsılması, siyasi sistemin çökməsi, eləcə də “insanlığa yadlaşma” və rusların istehlak yönümlü varlıqlara çevrilməsi daxildir.


Kreml rəsmisi bildirib ki, vətəndaş müharibəsi təhlükəsinə qarşı cavab “öz sivilizasiya koduna əsaslanan “Özümüzünküləri yolda buraxmırıq” ideologiyasının formalaşdırılması” olmalıdır.

Onun sözlərinə görə, bu ideologiya həmçinin suverenliyin itirilməsinin də qarşısını ala bilər.

Xariçev yaxın vaxtlarda “vətənpərvərlik” haqqında qanunun qəbul ediləcəyini də elan edib.

Həmin qanuna əsasən, bütün dövlət orqanları, təhsil müəssisələri və qurumlar vətəndaşlarda müvafiq dünyagörüş formalaşdırmaq öhdəliyi daşıyacaqlar.

Bizim.Media

Seçilən
18
1
bizim.media

2Mənbələr