AZ

"Mingəçevir" ilk dəfə bu aqibətlə üzləşdi

1-ci Liqa təmsilçisi "Mingəçevir" 7-ci tur çərçivəsində bu gün öz meydanında lider "Şəfa"ya 2:3 hesabı ilə yenilib. 

Fanat.Az-ın məlumatına görə, bu, "işıqçılar"ın cari mövsümdə ilk ev məğlubiyyəti olub.

Belə ki, sözügedən kollektiv əvvəlki turlarda 2 dəfə meydan sahibi qismində mübarizə aparmış və hər iki qarşılaşmada inamlı qələbəyə sevinmişdi. Aran təmsilçisi 3-cü turda "Difai"ni 2:0, 5-ci turda isə liqanın debütantı "Şimal"ı 3:1 hesabı ilə yenmişdi. 

Qeyd edək ki, "Mingəçevir" növbəti çempionat matçını səfərdə MOİK-ə qarşı keçirəcək.

Nihat

Seçilən
19
1
fanat.az

2Mənbələr