AZ

Qazaxıstanda dələduzlar tərəfindən rəsmiləşdirilmiş kreditlər məhkəmə qərarı olmadan silinəcək

BAKI, 5 noyabr. TELEQRAF

Qazaxıstan Maliyyə Bazarını Tənzimləmə Agentliyinin sədri Mədinə Əbilqasımova qazaxıstanlıların adına dələduzluq yolu ilə rəsmiləşdirilmiş kreditlərin hansı hallarda bağlanacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, o, belə hallarda borcun məhkəməsiz və ya məhkəmə qaydasında silinməsi prosedurlarının nəzərdə tutulduğunu bildirib.

“Əgər kredit müştərinin icazəsi olmadan verilibsə və biometrik yoxlamadan keçməyibsə, borcu məhkəmədənkənar qaydada silmək mümkündür. Bunun üçün vətəndaşlar müvafiq orqanlara müraciət etməlidirlər. Onlar kreditin dələduzluq yolu ilə verildiyini təsdiq edən qərar çıxarır və həmin qərar əsasında borc silinir”, - Mədinə Əbilqasımova bildirib.

Onun sözlərinə görə, son iki ildə banklar ümumi məbləği 1,9 milyard təngə olan 1500 kredit üzrə borcu siliblər. Bu, vətəndaşların müraciəti əsasında məhkəməsiz qaydada həyata keçirilib.

Seçilən
31
teleqraf.com

1Mənbələr