AZ

Hindistanda qatar toqquşması: 11 nəfər ölüb

Ajans.az xəbər verir ki, hadisə 4 noyabr günortadan sonra baş verib. İlkin araşdırmalara əsasən, sərnişin qatarı qırmızı siqnala məhəl qoymadan saatda 60–70 km sürətlə hərəkət edərək yük qatarı ilə toqquşub. Zərbənin gücü nəticəsində sərnişin vaqonlarından biri yük qatarının üzərinə çıxıb. Qəzada sərnişin qatarının sürücüsü həlak olub. Rəsmilər bildiriblər ki, hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparılır: “Lokomotiv sürücüsünün niyə qırmızı siqnaldan keçdiyi və yük qatarı görünən məsafədə olmasına baxmayaraq, təcili əyləci tətbiq etmədiyi araşdırılır.” Qeyd edək ki, əvvəlcə hadisə nəticəsində altı nəfərin öldüyü bildirilmişdi, lakin son məlumatlara əsasən, ölənlərin sayı 11 nəfərə çatıb.

 

Seçilən
28
Ajans.az

1Mənbələr