AZ

Haaland: "Dortmundda gözəl vaxtlar keçirmişdim"

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland “Borussiya”(Dortmund) ilə bağlı xatirələrini bölüşüb.

Sportal.az “Manchester Evening News”a istinadən xəbər verir ki, norveçli forvard bu gün Çempionlar Liqasının 4-cü turu çərçivəsində keçiriləcək oyun haqda da belə danışıb:

"Orada hələ də bir neçə dostum qalıb. Hələ də əlaqə saxladığım heyətdən çoxlu insan var. Dortmundda gözəl vaxtlar keçirmişəm. Bu, fantastik insanların olduğu inanılmaz bir klubdur. Onlar haqqında yalnız xoş sözlər deyə bilərəm. Bütün xatirələrimə baxanda son iki il yarım ərzində çoxdur. Bu matç xüsusidir".

Bu mövsüm norveçli hücumçu bütün yarışlarda 17 oyunda meydana çıxıb, 20 qol vurub və iki məhsuldar ötürmə edib.

saytlarin hazirlanmasi

Seçilən
12
1
sportal.az

2Mənbələr