AZ

Azərbaycanın və Rumıniyanın milli xəbər agentlikləri arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub (FOTO)

Bakı. Trend:

Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti noyabrın5-də bu ölkənin AGERPRES xəbər agentliyinin baş direktoru KlaudiyaViktoriya Nikolae ilə görüşüb.

Trend bu barədəMedianın inkişafı Agentliyinə istinadən xəbər verir.

Görüşdə Azərbaycanın və Rumıniyanın milli xəbər agentlikləriarasında əməkdaşlığın dərinləşdirilməsi, informasiya mübadiləsiningenişləndirilməsi və birgə media layihələrinin həyata keçirilməsiməsələləri müzakirə olunub.

Klaudiya Viktoriya Nikolae AGERPRES agentliyinin beynəlxalqinformasiya şəbəkələrində, o cümlədən Avropa Xəbər AgentlikləriAlyansında (EANA) və Avropa İttifaqı (Aİ) Media Forumu çərçivəsindəgördüyü işlər haqqında məlumat verib. O, Azərbaycanla informasiyasahəsində əlaqələrin inkişaf etdirilməsinin, eləcə də qarşılıqlıxəbər və foto mübadiləsinin genişləndirilməsinin vacibliyinibildirib.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev qeyd edib ki,agentliklə AGERPRES arasında uzunmüddətli əməkdaşlıq mövcuddur vəbu əlaqələrin daha da gücləndirilməsi regional, beynəlxalqinformasiya məkanında etibarlı tərəfdaşlıq üçün əsas yaradır. O,qarşılıqlı təcrübə mübadiləsinin, jurnalistlər üçün təlimproqramlarının və birgə media məhsullarının hazırlanmasının gələcəkəməkdaşlıq istiqamətləri kimi nəzərdə tutulduğunu söyləyib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovmedia sahəsində yeni kommunikasiya texnologiyalarının tətbiqindənvə süni intellekt əsaslı xəbər istehsalında əməkdaşlığınperspektivlərindən danışıb. O vurğulayıb ki, bu sahədə təcrübəninvə innovativ yanaşmaların paylaşılması iki ölkənin mediasistemlərinin inkişafına töhfə verə bilər.

Audiovizual Şuranın sədri İsmət Səttarov isə audiovizual vərəqəmsal media platformaları üzrə tənzimləmə, ictimai nəzarətmexanizmlərinin təkmilləşdirilməsi sahəsində Rumıniya təcrübəsininöyrənilməsinin vacibliyini qeyd edib.

Süni intellektin tətbiqi mövzusunun davamı olaraq tərəflər Aİtexnologiyalarının fotoarxivlərin rəqəmsallaşdırılması, arxivlərinbərpası və avtomatlaşdırılmış təsnifləşdirilməsi sahəsindəistifadəsini geniş müzakirə ediblər. Bu istiqamətdə birgə pilotlayihələrin hazırlanması və təcrübə mübadiləsi barədə ilkin razılıqəldə olunub.

Ölkəmizin Rumıniyadakı səfiri Qüdsi Osmanovun da iştirak etdiyigörüşdə Azərbaycan nümayəndə heyətinə AGERPRES-in arxivi barədəməlumat verilib. Qonaqlara agentliyin zəngin tarixi foto və videofondları, o cümlədən Rumıniya ilə Azərbaycan arasında ötən əsrdənbu günədək baş tutmuş ikitərəfli səfərlər, dövlət başçılarınıngörüşləri və mədəni tədbirləri əks etdirən nadir materiallarnümayiş olunub.

Tərəflər bu materiallar əsasında ortaq fotosərgi təşkil etməkbarədə razılığa gəliblər. Sərgidə sovet dövründən müasir dövrədəkRumıniya-Azərbaycan münasibətlərinin inkişafını və iki ölkəarasında dostluğun tarixi köklərini əks etdirən fotoların nümayişinəzərdə tutulur.

Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Məqalədə:
Seçilən
26
9
az.trend.az

10Mənbələr