AZ

Almaniyada avtomobil hissələrinin iri istehsalçısı iflas edib

Almaniyada avtomobil hissələrinin iri istehsalçısı iflas edib

Almaniyanın avtomobil sənayesi üçün plastik hissələr istehsal edən "Diepersdorf Plastic Manufacturing" şirkəti iflasını elan edib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu qərar mindən çox iş yerinin itirilməsi ilə nəticələnəcək.

Bavariyada yerləşən "Diepersdorf Plastic Manufacturing" sektorda aparıcı şirkətlərdən biridir. O, artıq 50 ildən çoxdur plastik materialların emalı ilə məşğuldur və avtomobil sənayesi üçün loqotiplər, emblemlər, dekorativ detallar, radiator barmaqlıqları və idarəetmə sistemlərinin örtüklərini istehsal edir. Şirkətin Almaniya və Çexiyada zavodları fəaliyyət göstərir.

İflasın əsas səbəbi kimi tələbin azalması, həmçinin xammal və enerji qiymətlərinin artması göstərilir. Nəticədə Bavariya, Saksoniya və Şimali Reyn-Vestfaliya əyalətlərindəki müəssisələrdə mindən çox işçi ixtisar təhlükəsi ilə üzləşib.

Qeyd edək ki, Almaniyanın avtomobil sənayesi hazırda ciddi böhran yaşayır. Bu həftə "Mahle" şirkəti də təxminən 1 000 iş yerinin azaldılacağını açıqlayıb. Daha əvvəl isə "Bosch" və "ZF Friedrichshafen" şirkətləri oxşar qərarlar barədə məlumat vermişdilər.

Seçilən
48
afn.az

1Mənbələr