AZ

ABŞ mediası ŞOKDA

Xəbər verildiyi kimi, ABŞ-da keçirilən yerli seçkilərin ən səs-küylü nəticəsi Nyu-Yorkda 33 yaşlı demokrat-sosialist Zohran Mamdaninin mer seçilməsi olub.

Musavat.com-un xəbərinə görə, “The New York Post” yazır ki, bu nəticə “Tramp dövrünə qarşı sol dönüşün manifesti” sayılır.

Tramp respublikaçıların uğursuzluğunu “öz adının bülletendə olmaması” ilə izah etsə də, məğlubiyyət xüsusilə Nyu-Yorkda Wall Street və biznes çevrələrində şok effekti yaradıb.

Mənbələrə görə, Uqandada doğulmuş, Kolumbiya Universitetinin professoru Mahmud Mamdaninin və hind rejissor Mira Nayirin oğlu olan Zöhran Mamdani sol təmayüllü, antiimperialist və sosial ədalət yönümlü siyasətin tərəfdarı kimi tanınır. O, varlılara vergi, polisə nəzarətin artırılması və “bələdiyyə mağazaları” kimi təşəbbüsləri ilə seçki kampaniyasında fərqlənmişdi.

Lakin onun İsrail siyasətinə qarşı sərt çıxışları və vaxtilə “qlobal intifadanı” dəstəkləyən bəyanatına görə antisemitizm ittihamları qalmaqal yaradıb. Mamdani sonradan həmin ifadəni “fələstinlilərlə həmrəylik jesti” kimi başa düşdüyünü bildirib.

Reuters yazır ki, Wall Street Mamdaninin planlaşdırdığı yüksək vergilər və dövlət ticarət təşəbbüslərini “xərclərin artması və tənzimləmə risklərinin siqnalı” kimi qiymətləndirir. Bununla belə, analitiklər hesab edir ki, “onun ritorikası icra siyasətindən radikaldır”.

Financial Times isə bildirir ki, Mamdaninin qələbəsi Demokrat Partiyası daxilində dərin fikir ayrılığı yaradıb: bir tərəf onu “enerji və ideya mənbəyi” hesab edir, digəri isə “federal seçkilər üçün yük”.

Politico yazır ki, respublikaçılar artıq Mamdanini “Demokratların radikal siması” kimi təqdim edirlər: “O, ya sol tribun, ya da sol məqsədli texnokrat olacaq — ilin əsas sualı budur.”

Nyu-Yorkda yaşayan rus əsilli yazıçı Aleksandr Genis isə bunu belə şərh edib:

“Mamdaniyə səs verən solçu progresistlər bir vaxtlar Demokrat Partiyasını çökdürüb Trampı hakimiyyətə gətirdilər. İndi də həmin qüvvələr 2026 seçkilərində Demokratların revanş imkanını məhv etdilər.”

Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr