Bərdədə TƏHLÜKƏ- Uşaqlar hasarın altında QALA BİLƏR
Ajans.az-ın əldə etdiyi məlumata görə, uçqun halları artıq bir müddətdir davam edir və bu vəziyyət məktəbdə təhsil alan şagirdlər üçün ciddi təhlükə yaradıb. Məktəbin ərazisində aparılan müşahidələrə əsasən, hasarın bəzi hissələrində dərin çatlar əmələ gəlib, bəzi yerlərdə isə divar tamamilə aşıb. Təhsil müəssisəsinin yaxınlığından şagirdlər və müəllim heyəti mütəmadi keçdiyindən, təhlükə riski daha da artır. Hadisə ilə bağlı aidiyyəti qurumların məlumatlandırıldığı bildirilir. Yerli sakinlər hasarın vəziyyətinin təcili qiymətləndirilməsini və təhlükəsizlik tədbirlərinin görülməsini zəruri hesab edirlər.