AZ

Putin-Tramp görüşü sual altındadır: Moskva aydınlıq gətirdi

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında yeni sammitin keçirilməsi üçün lazımi şərtlər hazırda mövcud deyil.

Publika.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib.

Diplomat bildirib ki, Moskva və Vaşinqton arasında əlaqələr davam etdirilsə də, proses hələ arzu olunan səviyyədə deyil:

“Gündəliyimiz kifayət qədər genişdir. Təhlükəsizlik məsələləri bu gündəliyin mərkəzində dayanır”.

Ryabkov həmçinin ABŞ-a birbaşa uçuşların bərpa olunmasını dəstəklədiyini, lakin bu istiqamətdə hələ irəliləyiş əldə edilmədiyini qeyd edib.

Seçilən
24
publika.az

1Mənbələr