AZ

"Real Madrid" Vinisiusla bağlı qərar verdi

BAKI, 5 noyabr. TELEQRAF

İspaniyanın "Real Madrid" klubunun rəhbərliyi 2026-cı ilin yayında braziliyalı futbolçu Vinisius Junioru satmaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, son qərar "Barselona" ilə keçirilən matçda baş verən insidentdən sonra verilib. "Kral klubu"nun prezidenti Florentino Peres braziliyalı hücumçunun təxribatçı davranışlarından bezib. O, Vinisiusu komandadan göndərməklə heç bir oyunçunun klubdan daha vacib olmadığını göstərmək istəyir.

Daha əvvəl "Indykaila News" Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun Vinisiusun transferi ilə bağlı "Real Madrid"lə danışıqlara başladığını bildirib. Ərəbistan təmsilçisi 25 yaşlı oyunçu üçün 300 milyon funt sterlinq (345 milyon avro) təklif etməyə hazırdır.

Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən "Real Madrid"də çıxış edir. O, cari mövsüm ərzində meydana çıxdığı 17 oyunda 5 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
40
teleqraf.com

1Mənbələr