AZ

Sudanda rus ekipajlı hərbi təyyarə SƏMADA VURULDU – Hamı həlak oldu

Sudanda hökumət qüvvələri ilə üsyançılar arasında davam edən qarşıdurma daha bir faciə ilə nəticələnib.

Musavat.com xəbər verir ki, Qərbi Kordofan vilayətində, Babənusa rayonunda Sudan Hərbi Hava Qüvvələrinə məxsus İl-76 tipli hərbi-nəqliyyat təyyarəsi vurulub.

Məlumata görə, təyyarəni “Sürətli Reaksiya Qüvvələri” (RSF) adlı silahlı qruplaşma yerə endirib.

Təyyarənin heyətinin rusiyalı pilot və texniki heyətdən ibarət olduğu bildirilir. Bortda olanların hamısının həlak olduğu təsdiqlənib.

Hadisə barədə Sudan və yerli mənbələr məlumat yayıb. Rəsmi Moskva hələlik rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Sudanda hakimiyyət uğrunda mübarizə bir ildən çoxdur ki, davam edir və ölkə faktiki olaraq iki silahlı qüvvə arasında bölünüb.



Musavat.com

Seçilən
27
1
musavat.com

2Mənbələr