AZ

Sumqayıtda dəmir yolundan rels oğurlayanlar saxlanılıb

Bakı. Trend:

Sumqayıt şəhərində dəmir yolu stansiyası ərazisində oğurluqhadisəsi baş verib. Polisə stansiya ərazisindən istismardançıxarılan relslərin oğurlanması barədə məlumat daxil olub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumatverilib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarıştədbirləri ilə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı A.Paşayev,əvvəllər məhkum olunmuşlar- 22 yaşlı X.Hüseynov, 23 yaşlı X.Ağayevvə 26 yaşlı S.Elbruszadə saxlanılıblar.

Araşdırma aparılır.

Seçilən
30
16
az.trend.az

10Mənbələr