Dünya mərkəzi bankları 2025-ci ilin sentyabr ayında təxminən 39 ton qızıl alıblar. Beləliklə, ilin əvvəlindən bəri ümumi alış həcmi 200 tona çatıb. Bu, keçən illə müqayisədə 7 faiz azdır. Azalmanın əsas səbəbi isə qızılın qiymətinin əhəmiyyətli dərəcədə bahalaşmasıdır.
Redaktor.az bu haqda məlumatı Dünya Qızıl Şurasına istinadla verir.
Sentyabrda ən çox qızıl alan ölkə Braziliya olub. Ölkə 2025-ci ildə ilk dəfə qızıl ehtiyatlarını artıraraq birdən-birə 15 ton alıb. Qızıl ehtiyatlarını artıran digər əsas ölkələr sırasında Polşa (8 ton) və Qvatemala (6 ton) yer alıb. Ay ərzində qızıl satan yeganə ölkə isə Özbəkistan olub - ölkənin Mərkəzi Bankı 4 ton qızıl satıb.
Ümumilikdə isə ikinci ildir ki, ən çox qızıl alan ölkə Polşa olaraq qalır. Polşa Milli Bankı ilin doqquz ayında 67 ton qızıl alıb. 2024-cü ildə isə Varşava öz ehtiyatlarını daha 90 ton artırmışdı.
Aytəkin TOFİQQIZI