AZ

Hərbi təyyarə qəzaya uğradı - Bu ÖLKƏDƏ

Sudanın Silahlı Qüvvələrinə (SQ) məxsus hərbi-nəqliyyat təyyarəsi Qərbi Kordofan əyalətində texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “RİA Novosti” 22-ci piyada diviziyasının açıqlamasına istinadən məlumat yayıb.

Bildirilib ki, təyyarə diviziyanın sahə bölmələrinə yük daşıdığı zaman sağ qanadında qəfil texniki nasazlıq yaranıb. Nəticədə təyyarə idarəetməni itirib, alovlanaraq diviziyanın mövqelərindən qərbdə yerə çırpılıb.

Ordunun məlumatına görə, ekipaj qəza anında qəhrəmanlıq göstərərək təyyarəni hərbçilərin yerləşdiyi ərazidən uzaqlaşdırmağa nail olub. Lakin heyət üzvlərinin hamısı həlak olub. Təyyarədə neçə nəfərin olduğu barədə dəqiq məlumat açıqlanmayıb.

Nuriyyə NATİQQIZI

Seçilən
19
redaktor.az

1Mənbələr