AZ

Balqabaq bu haldan əziyyət çəkənlərinDƏRMANIDIR!

Dietoloq Helen Conston yuxusuzluqdan əziyyət çəkən insanlara balqabaq yeməyi tövsiyə edib. 

Redaktor.az xəbər verir ki, həkim bu mövsümi məhsulun faydalarından "Daily Mail" nəşrinə danışıb.

Onun sözlərinə görə, balqabağın iç hissəsində maqnezium var. Bu mineral bədəni rahatladır, stres səviyyəsini azaldır və yuxu hormonu olan melatoninin sintezində iştirak edir. Lakin diyetoloq hesab edir ki, yuxusuzluqla mübarizədə balqabağın ən qiymətli hissəsi onun tumlarıdır. “Balqabaq tumları triptofan adlı amin turşusu ilə zəngindir. Orqanizm bu maddəni əvvəlcə serotonin, daha sonra isə melatoninə çevirir. Hər iki hormon əhvalı və yuxu dövrlərini tənzimləyir”, - deyə Conston bildirib. O əlavə edib ki, tumlarda olan maqnezium triptofanın təsirini daha da gücləndirir.

Ekspert vurğulayıb ki, balqabaq və onun tumlarının yuxunun keyfiyyətini yaxşılaşdırmasına dair elmi sübutlar hələ yoxdur. Bununla belə, dünyanın müxtəlif yerlərində aparılan müşahidələr onların müsbət təsirini göstərir. Conston həmçinin qeyd edib ki, balqabaq ümumilikdə çox sayda faydalı xüsusiyyətə malikdir. Məsələn, onun tərkibində immuniteti gücləndirən sink, qalxanabənzər vəzinin fəaliyyətini tənzimləyən və iltihabı azaldan selen, eləcə də bağırsaqlar üçün faydalı olan lif var.

Aytəkin TOFİQQIZI

Seçilən
25
1
redaktor.az

2Mənbələr