AZ

Yolu keçən piyadanı səkidə skuter vurdu ANBAAN VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Türkiyənin İstanbulun şəhərində maraqlı, eyni zamanda təhlükəli hadisə baş verib. 

Avtosfer.az xəbər verir ki, yoldan qaçaraq qarşı tərəfə keçmək istəyən piyada, səkidə hərəkət edən elektrikli skuterlə toqquşub.

Hadisə anı ərazidən keçən motosiklet sürücüsünün kamerasına düşüb. Görüntülərdə piyada qəfil hərəkət edərək yola çıxır və bu zaman səkidə sürətlə hərəkət edən skuter ona çırpılır. Zərbənin təsirindən həm skuter sürücüsü, həm də piyada yerə yıxılaraq xəsarət alıb.

Hadisə yerinə çağırılan tibbi yardım əməkdaşları yaralılara ilkin tibbi yardım göstəriblər.

Mütəxəssislər hadisə ilə bağlı bildirirlər ki, həm skuter sürücüləri, həm də piyadalar diqqətli olmalı, səkilərdə və piyadaların hərəkət zonasında yüksək sürət yolverilməzdir. Bu cür məsuliyyətsiz davranışlar həm sürücü, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
avtosfer.az

1Mənbələr