AZ

Xocalı soyqırımı hələ də Türkiyə tərəfindən rəsmi şəkildə tanınmayıb - Səidə Ekmen

Xocalı soyqırımı hələ də Türkiyə dövləti tərəfindən rəsmi şəkildə tanınmayıb. Bunu Türkiyə Vəkillər Kollegiyaları Birliyinin İnsan Hüquqları Komissiyasının üzvü, vəkil Səidə Ekmen  noyabrın 5-də Bakıda keçirilən XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər — “2025: Konstitusiya və Suverenlik İli” çərçivəsində beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı bildirib.

“Mən bu məsələni dəfələrlə Türkiyə Böyük Millət Məclisində gündəmə gətirmişəm. Lakin təəssüf ki, bu günə qədər Türkiyə Xocalı soyqırımını rəsmən tanımayıb,” –  Ekmen vurğulayıb.

Ekmenin sözlərinə görə, bu mövzu təkcə siyasi deyil, həm də insan hüquqları və ədalət məsələsi kimi qiymətləndirilməlidir. O qeyd edib ki, 1992-ci il fevralın 26-da baş verən Xocalı faciəsi zamanı 600-dən çox dinc azərbaycanlı, o cümlədən qadınlar və uşaqlar qətlə yetirilib.

“Türkiyə və Azərbaycan ortaq tarixə və dəyərlərə malikdir. Bu faciənin hüquqi və mənəvi cəhətdən tanınması qardaşlıq münasibətlərinin bir hissəsidir,” –  o əlavə edib.


Xocalı faciəsi 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində baş verib.


Türkiyədə isə bu məsələ ictimai və siyasi səviyyədə geniş müzakirə olunsa da, hələlik rəsmi parlament qərarı qəbul edilməyib.

Gülnar Nazimqızı 

Seçilən
18
anews.az

1Mənbələr