AZ

"Apple" şirkətindən çağırış: Bütün “iPhone”lar dərhal yenilənməlidir

"Apple" şirkəti smartfon və planşetləri üçün təcili yeniləmə təqdim edib.

Publika.az xəbər verir ki, bu barədə "9to5Mac" nəşri məlumat yayıb.

Noyabrın əvvəlində şirkət "iPhone" və "iPad" üçün müvafiq olaraq "iOS 26.1" və "iPadOS 26.1"i təqdim edib. "Apple" qeyd edib ki, bu, əməliyyat sistemlərindəki (ƏS) bir sıra ciddi boşluqları aradan qaldıran texniki xidmət yeniləməsi olub və istifadəçiləri onu quraşdırmağa çağırıb.

Qeyd olunur ki, İT nəhənginin mütəxəssisləri yeniləmənin bir hissəsi olaraq təxminən 50 zəifliyi aradan qaldırıblar. Müəlliflər bunu sentyabrda "iOS 26"nın buraxılışından sonra ən böyük və ən vacib yeniləmə adlandırıblar.

Yeniləmə həmçinin "CVE-2025-43450" zəifliyinin aradan qaldırılmasını ehtiva edir ki, bu da müəyyən şərtlər altında kameraya giriş imkanı verir.

Seçilən
45
publika.az

1Mənbələr