AZ

UNEC və “Baker Tilly Audit Azərbaycan” arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

UNEC-in biznes sektoru ilə növbəti əməkdaşlığı Baker TillyInternational şəbəkəsinin Azərbaycandakı nümayəndəsi və ölkəninqabaqcıl audit şirkətlərindən biri olan Baker Tilly AuditAzərbaycan QSC ilə həyata keçirilib.

Əməkdaşlıq memorandumunun imzalanması məqsədilə “Baker TillyAudit Azərbaycan”ın təsisçisi və idarəedici partnyoru SamirVəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

Görüşdə çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradovuniversitet - iş dünyası əməkdaşlığında səmərəliliyinartırılmasının vacibliyini vurğulayıb. Rektor UNEC-də biznessektoru ilə əlaqələrin gücləndirilməsi istiqamətində həyatakeçirilən yeniliklərdən də söz açıb. Həmçinin tələbələrin işdünyasının tələbələrinə uyğun bacarıqlar qazanması məqsədilə tədrisprosesində tətbiq edilən yenilikləri diqqətə çatdırıb.

Samir Vəliyev məzunu olduğu universitetlə əməkdaşlıq etməkdənməmnunluğunu bildirərək, UNEC-də son illərdə həyata keçirilənyenilikləri və məzunların iş dünyasına hazırlıq səviyyəsini yüksəkqiymətləndirib. Hazırda “Baker Tilly”də çalışanların böyük qismini(46%) UNEC məzunlarının təşkil etdiyini vurğulayan Samir Vəliyevonların biliyi, peşəkarlığı, innovativ yanaşmaları, çalışqanlıqlarıilə daim fərqləndiklərini deyib. O, UNEC məzunları ilə birkomandada çalışmağın rahat və effektiv olduğunu qeyd edib.

Görüş zamanı hər iki tərəf yaradılan əməkdaşlığın universitet vəiş dünyası üçün faydalı nəticələr verəcəyinə dair əminlikləriniifadə ediblər.

Sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.Sənəddə birgə elmi-praktiki fəaliyyətin həyata keçirilməsi, təcrübəmübadiləsi və tələbələrin inkişafına yönəlik müxtəlif layihə vətədbirlərin icrası nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində UNEC-də“Baker Tilly Həftəsi”, “CEO Talks” görüşlərinin təşkili, “BakerTilly Auditoriyası” və “Baker Tilly” tələbə qrupunun yaradılmasıplanlaşdırılıb. Bundan əlavə, şirkətdə çalışan UNEC məzunlarınıntələbələrlə görüşləri və karyera sərgilərində iştirakı daəməkdaşlığın əsas istiqamətləri sırasında yer alıb.

UNEC
UNEC
UNEC
UNEC
Seçilən
14
9
az.trend.az

10Mənbələr