AZ

Vətəndaş sağlığında orqanlarını bağışlayıbsa: Ailəsi etiraz edə bilməz - RƏSMİ

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanununa görə, 18 yaşı tamam olmuş və tam fəaliyyət qabiliyyətinə malik hər bir vətəndaş ölümündən sonra öz orqanlarını bağışlamaq barədə könüllü qərar verə bilər. 

Bu qərar donor reyestrində qeydiyyata alınarsa və yaxud yazılı şəkildə rəsmiləşdirilərsə, hüquqi qüvvəyə malik sayılır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib. 

O qeyd edib ki, vətəndaş vəfat etdikdən sonra orqan bağışlanması ilə bağlı onun sağlığında verdiyi qərar ailəsinə yalnız məlumat xarakterində bildirilir və ailədən əlavə razılıq tələb olunmur: 

“Qanun burada şəxsin öz bədəni üzərində verdiyi iradəni əsas götürür və bu iradə üstün hüquqi statusa malikdir. Yəni vətəndaş sağlığında orqanlarını bağışlamaq barədə qərar veribsə, ailənin etiraz etməsi bu qərarı ləğv etmir”. 

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr