AZ

"Belarus Atom Elektrik Stansiyası ölkədə istehsal olunan elektrik enerjisinin təxminən 40 faizini təmin edir"

"Belarus üçün təbii qazın qiyməti ilə bağlı Rusiya ilə aparılan danışıqlar son mərhələyə çatıb". 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Belarus Respublikasının energetika naziri Denis Moroz deyib.

“Ötən üçillik dövrdə ciddi irəliləyiş əldə etdik, Belarus üçün təbii qazın qiymətinin üç il müddətinə sabitləşdirilməsi barədə razılığa gəldik. Bu il həmin üçillik dövr başa çatır. Hazırda Belarus üçün təbii qazın dəyərinin formalaşdırılması ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. Biz Belarus və Rusiya üçün təbii qaz qiymətlərinin daha da yaxınlaşacağına ümid edirik. Bu isə öz növbəsində təbii qazdan istehsal olunan elektrik enerjisinin dəyərinin yaxınlaşmasına gətirib çıxaracaq”, – Moroz bildirib.

Nazir xatırladıb ki, Belarus Atom Elektrik Stansiyası ölkədə istehsal olunan elektrik enerjisinin təxminən 40 faizini təmin edir: “Bu 40 faizlik hissəyə heç bir xarici amil təsir etmir. Yəni bu, sabit və etibarlı elektrik enerjisi istehsalıdır”.

Hazırda ölkədə elektrik enerjisinin təxminən 60 faizi əsasən qazdan istehsal olunur. Morozun sözlərinə görə, bu yanacaqdan əldə edilən elektrik enerjisinin maya dəyərinin 80 faizi mavi yanacağın qiymətindən asılıdır.

“Ona görə də Belarus və Rusiya üçün təbii qazın qiymətindəki fərq öz növbəsində ölkəmizdə və Rusiya Federasiyasında istehlakçılar üçün elektrik enerjisi tariflərindəki fərqi müəyyənləşdirir,” – nazir əlavə edib.

Seçilən
15
1
operativmm.az

2Mənbələr