İtaliyalı mütəxəssis Daniele De Rossi “Cenoa”nın baş məşqçisi postuna gətiriləcək.
İdmanxeber.az-ın məlumatına görə, 42 yaşlı De Rossi bu gün Milanda klub rəhbərliyi ilə görüşərək müqavilə şərtlərini müzakirə edəcək. O, daha əvvəl “Roma” və “SPAL” komandalarını çalışdırıb.
“Cenoa” hazırda A Seriyasında 10 turdan sonra 6 xalla 18-ci pillədə qərarlaşıb və növbəti turda noyabrın 9-da “Fiorentina” ilə qarşılaşacaq.