AZ

Ağ Evdən “The New York Times”ın Venesuela barədə yazısına reaksiya

ain.az bildirir, Ayna portalına istinadən.

Adminstrasiya Venesuelaya qarşı hərbi ssenarilərlə bağlı məqaləni “səhv” adlandırıb

ABŞ Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Riçard Qrenell “The New York Times” (NYT) qəzetinin Donald Tramp administrasiyasının Venesuelada hərbi əməliyyatlar üçün üç variant hazırlaması ilə bağlı məlumatını “səhv” adlandırıb.

AYNA.AZ xəbər verir ki, Qrenell sosial media platforması “X”da məqalənin yer aldığı paylaşım edib: "“The New York Times”ın xəbəri səhvlərlə doludur. Bu, xəbər deyil, “redaktorun qeydi” bölməsinə aid olan bir fikir məqalədir".

Qeyd edək ki, “The New York Times” mənbələrə istinadən xəbər yayıb ki, Tramp administrasiyası Venesuelada hərbi əməliyyatlar üçün mümkün hava hücumları, Venesuela hərbi hissələrinə birbaşa hücumlar və ölkənin neft yataqlarına nəzarəti ələ keçirmək daxil olmaqla üç variant hazırlayıb.

Qəzet yazıb ki, "Prezident Tramp hələ necə davam edəcəyinə qərar verməyib".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
ayna.az

1Mənbələr