AZ

Şəhidin atası vəfat etdi - FOTO

Lənkərandan olan şəhid polkovnik-leytenant Mehman Şirvanovun atası vəfat edib. 

"Unikal" xəbər verir ki, 44 günlük Vətən müharibəsinin ilk şəhidlərindən olan lənkəranlı şəhid polkovnik-leytenant Mehman Şirvanovun atası Mirəziz Səməd oğlu Şirvanov rəhmətə gedib. Mirəziz Şirvanov bir müddət əvvəl Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ürək əməliyyatı keçirib. Əməliyyatdan bir neçə gün sonra o insult keçirib. Müalicəsinin davamı üçün Bakı şəhərinə xəstəxanaların birinə təxliyə olunub. O, bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, şəhid polkovnik-leytenant  Mehman Şirvanov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Lənkəran rayonunun Ürgə kəndində dəfn olunub.

Xəlil Əliyev

Seçilən
24
5
unikal.az

7Mənbələr