AZ

Əyləncə klubunda iki qadın arasında mübahisə cinayətlə nəticələndi TƏFƏRRÜAT

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Sumqayıt şəhərində əyləncə klubunda iki qadın arasında yaranan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən əyləncə klublarından birində baş verib. Sumqayıt şəhər sakini, 2006-cı il təvəllüdlü Əsmər  iş yoldaşı Xalidə (adlar şərtidir – red.) mübahisə baş verib. Mübahisə zamanı təqsirləndirilən şəxs işı yoldaşını başına və bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri qəsdən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.Hadisəni törədən Əsmərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə iş yerində baş verib: “Hər ikimiz kabinetdə tək olan zaman aramızda mübahisə baş versi. Həmin vaxt hər ikimiz həmin yerdə ofisiant işləyirdik. Mübahisə işlə bağlı yaranmış, mübahisə zamanı əlim ilə onu vurdum. Əməlimdən peşmanam”. Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkən də ona qarşı şikayətini geri götürüb. Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
demokrat.az

1Mənbələr