AZ

Ukraynanın vurduğu Rusiya limanı yanacaq ixracını dayandırdı

Rusiyanın Tuapse limanı 2 noyabrda Ukrayna hücumlarından sonra yanacaq ixracını dayandırıb.

Musavat.com xəbər verir ki, məlumatı "Reuters" agentliyi yayıb.

Agentlik yerli neft emalı zavodunun da xam neft emalını dayandırdığını bildirir. Mənbələr qeyd edir ki, neft emalı zavodu hücumun ertəsi gün emalı dayandırıb.

Hücumdan əvvəl Tuapsenin noyabr ayında neft məhsulları ixracını artıracağı gözlənilirdi. Analitiklərin fikrincə, hücum zamanı limanda xam neft, dizel yanacağı və mazut yükləyən üç tanker olub.

Musavat.com

Seçilən
66
musavat.com

1Mənbələr