AZ

Əliyevin fikirlərindən sonra Ovannisyan Ermənistana yeni ad tapdı

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

“İlham Əliyevin Göyçə haqqında bəyanatında bir önəmli nüans var: Əliyev bunu Azərbaycan Elmlər Akademiyasının 80 illiyi tədbirində bildirib. Bu, bir tərəfdən Akademiyanın əhəmiyyətini vurğulamaq, digər tərəfdən isə elm ictimaiyyətinə dövlət qarşısında duran məsələni göstərmək idi”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni politoloq Vahe Ovannisyan deyib.

“Ermənistan hakimiyyəti isə Elmlər Akademiyasının tədricən ləğv edilməsi prosesini aparır. Yeni qanunvericiliklə Akademiyaya sıradan bir qeyri-hökumət təşkilatı statusu verilir ki, bu da gələcək ləğv olunmasına hesablanıb.

Ermənistanın sivilizasiya resursu məhv edilir. Bu resurs bütün zamanların erməni elitasının, Rusiya imperiyası, Osmanlı imperiyası, Sovet İttifaqı, Avropa İttifaqı, Qərb və Şərqdəki erməni nəsillərin səyləri ilə yaradılmışdı.

Ermənistan hakimiyyəti Elmlər Akademiyasının, konservatoriyanın, operanın və digər mədəniyyət institutlarının dəyərini bilirmi? Onlar üçün bunlar sadəcə binalardır. Hakimiyyət sanki “4-cü Ermənistan Göyçə Respublikası”nı yaradır. Bu yalnız yaşayış sahələrinin itirilməsi ilə kifayətlənmir, həm də sivilizasiyalı rəqabət potensialı olmayan, yararsız bir quruluşa çevrilir”.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
1
globalinfo.az

2Mənbələr