AZ

Mirzoyanın “Orbeli” açıqlamalarına “Azərbaycandan keçən erməni qatarları” cavabı

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan növbəti açıqlamalar edib.

NOCOMMET.az xəbər verir ki, Mirzoyan, “Orbeli” analitik mərkəzi tərəfindən təşkil edilən və İrəvanda keçirilən “Sülh haqqında viktorina: Ermənistan xarici işlər naziri ilə söhbət” adlı konfransda jurnalistlərin suallarını cavablandırıb.

Konfransda Mirzoyan bəzi müəmmalı reaksiya və aşıqlamaları ilə diqqətləri üzərinə çəkib.

1. Türkiyə ilə yeganə problem sərhədlərin bağlanmasıdır .

– Yəqin, Mirzoyan unudub ki, ermənilər Türkiyənin şərq torpaqlarına Qars, Ərdəhan, Sürməliyə iddialıdır. Hətta dövlət atributlarında Türkiyəyə məxsus Ağrı dağının rəmzlərini daşıyırlar. Eyni zamanda olmayan, saxta erməni soyqırımı iddiaları ilə Türkiyə dövlətindən böyük məbləğdə təzminat tələb etməkdədir.Mirzoyan, sizcə bu problem deyil?

2. Yolun adı TRIPP-dir-deyən Mirzoyan hər kəsdən “dəhliz” ifadəsini işlətməməyə çağırıb.

– Zəngəzur dəhlizi”kəliməsi uzun illər əvvəldən ermənilərin xoşuna gəlməyib. Daşnak Zori Balayan türk dünyasının qatı düşmənidir. Hələ 1970-ci illərdə “Ocaq” adlandırdığı cızmaqarasında sərsəmləyərək Zəngəzurun ermənilərə verilməsini öz aləmində zəruri saysa da, bilərəkdən, yoxsa bilməyərəkdən buradan keçən yolu Turan yolu adlandırıb. Zəngəzur dəhlizinin varlığı, türk dünyasının birliyini təmin edən ən böyük mərhələdir və bu mərhələ sizi çox qorxudur. Bu üzdən bu sözü işlətməyi özünüzə rəva görmürsünüz. Eybi yox, Zəngəzur dəhlizinin adına TRIPP deyin, hər nə istəyirsiniz deyin , axır ki, o Zəngəzur dəhlizidir! Turan missiyasını yerinə yetirəcək.

3. Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi ilə bağlı azərbaycanlı jurnalistin sualına “çeynənmiş”deyən Mirzoyan sualı cavabsız da qoymayıb:

“Biz Ermənistan və Azərbaycan konstitusiyalarının danışıqlar mövzusu olması fikrini bölüşmürük. Sonuncu Ermənistan üçün təhdidlər təşkil edir. Sülh bərqərar olub və əsas məsələlərdə razılıq əldə edilib. Lakin fikir ayrılığı olan məsələlər də var. “Nə etməli? Azərbaycan deyir ki, əgər belədirsə, sülh müqaviləsi imzalamayacağıq. Biz deyirik ki, belə etməyin”.

– Maraqlıdır ki, Bakını Gəncəni, Naxçıvanı öz xəyalı torpaqları olduğunu iddia edən ermənilərin hazırkı Konstitusiyasında Qarabağla bağlı rəsmi iddialar var. Sülhə hazırlaşan hər bir azərbaycanlını maraqlandıran bu detal ortadan götürülməyənə qədər rəsmi Bakı öz mövqeyində haqlı deyilmi?

4. Biz yaxın qonşularımızla əməkdaşlıq etməyə məhkumuq.

– O zaman 1813-1828-ci ildə Qafqaza köçürüldüyünüzü nəzərə alıb Azərbaycana, Türkiyəyə, Gürcüstana, İrana və Rusiyaya torpaq iddiasında olmayacaqsınız.

5. Üçüncü ölkənin Ermənistan-Azərbaycan dəmir yolu üzərində nəzarəti qəbuledilməzdir.

– Əvvəlki açıqlamalarında “TRIPP”in Ermənistan hissəsinin texniki təfərrüatları Ermənistan və Amerika tərəfindən razılaşdırılmalıdır deyən 3-cü ölkəni açıqlamaqdan çəkinib . Bunun Rusiya və yaxud İran olduğu düşünüsə də, Mirzoyanın “Dünyada heç nə bizim İranla dostluğumuzu poza bilməz” deməsi şübhələri Rusiyanın üzərinə çəkdi.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın açıqlamaları nə qədər ürəkaçan olmasa da, bəzi məqamlarda “nala-mıxa” vurması da Azərbaycan və Ermənistan arasında yaxınlaşma prosesi gedir. Xatırladaq ki, Rusiyadan Ermənistana buğda daşıyan qatar artıq Azərbaycandan Gürcüstan istiqamətində kedir. Rusiya buğdasını daşıyan qatar tezliklə Ermənistana çatacaq. Bundan öncə Qazaxıstandan göndərilən buğda Azərbaycandan keçməklə Ermənistana çatdırılmışdı.

Əntiqə Rəşid

Seçilən
57
nocomment.az

1Mənbələr