AZ

İran və Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi... Mirzoyan

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Ermənistanda ABŞ-ın mövcudluğu və Moskvanın reaksiyası mövzusu geniş müzakirə olunur”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan  “Orbeli” Mərkəzi tərəfindən təşkil olunan konfrans zamanı deyib.

Mirzoyan bildirib ki, ABŞ-ın Ermənistanda mövcudluğu yeni deyil:

“Rusiya və İran TRIPP proqramı (Zəngəzur dəhlizi – red.) çərçivəsində regionda amerikalıların mövcudluğu ilə bağlı narahatlıq bildirməyiblər. Ermənistanda amerikalıların iştirakı olan şirkətlər fəaliyyət göstərir. Onların çoxu böyük infrastruktur layihələrində açıq mövcudluğa malikdir. İnşa ediləcək yəni dəmir yolu layihəsi də böyük siyasi diqqət cəlb edir. Çox yaxşıdır ki, ABŞ kimi bir ölkə burada maraqlıdır. Bu, birinci növbədə iqtisadi və siyasi komponentə malikdir”.

Mirzoyan qeyd edib ki, TRIPP layihəsi həmçinin Azərbaycan və Ermənistan üçün sülhün təminatçılarından və alətlərindən birinə çevrilir:

“Sözügedən infrastruktur layihəsini quran və gündəlik nəzarəti həyata keçirən bir erməni-amerikan şirkəti olmalıdır. Bu, amerikalıların infrastruktur üzərində nəzarətinə bərabər deyil. Suverenlik və səlahiyyətlərlə bağlı bütün məsələlər həll olunub və imzalanmış, yayımlanmış sənədlərdə qeyd edilib. Burada söhbət yalnız idarəçilikdən gedir”.

Safura Bənnayeva

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
globalinfo.az

1Mənbələr