AZ

Metropoliten əməkdaşları orden və medallarla təltif olunub

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin əməkdaşlarının 3-cü dərəcəli “Əmək” ordeni və “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncamla Bakı metropoliteninin inkişafında əldə etdikləri yüksək nailiyyətlərə və hərəkətin təhlükəsizliyinin təmin edilməsi sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilib.

3-cü dərəcəli “Əmək” ordeni ilə

İsmayılov Elçin Əlpaşa oğlu

“Tərəqqi” medalı ilə

Aslanov Aslan Məmmədəli oğlu

Bayramov Rizvan Fərmayıl oğlu

Heydərov Mehman Səfiyar oğlu

İbrahimov Əliqismət Sərdər oğlu

Kazımov Sənan Məsim oğlu

Məmmədov Bəxtiyar Miryusif oğlu

Məmmədov Tural Cavanşir oğlu

Yusubov Namiq Nəsrullah oğlu

Zamanov Anar Arif oğlu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
40
azertag.az

10Mənbələr