AZ

“Azercell” mobil tətbiqində “Aztelekom”a aid bölmə yaradılıb

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

“Azercell” MMC-ə məxsus mobil tətbiqin “Yardım və Dəstək” bölməsində “Aztelekom” MMC-ə aid bölmə yaradılıb.

“APA-Economics” xəbər verir ki, bölmədə “Aztelekom”a aid xidmətlər üzrə “Qoşulma şərtləri”, “Sənədlər”, “Ödəniş üsulları” kimi məlumatlar yerləşdirilib.

Yeniliklə bağlı sorğumuza cavab olaraq “Azercell”dən bildirilib ki, “Azercell Telekom” MMC ilə “Aztelekom” MMC arasında mövcud olan əməkdaşlıq çərçivəsində şirkət özünə məxsus “Azercell” mobil tətbiqində “Aztelekom” MMC-yə aid xidmətləri daha rahat və əlçatan etmək məqsədilə istifadəçilərə xüsusi bölmədən yararlanmaq imkanı təqdim etməyə başlayıb.

Qeyd edək ki, son dövrlər ictimaiyyətdə “Aztelekom”un “Azercell”ə birləşdiriləcəyi ilə bağlı fikirlər səsləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
apa.az

3Mənbələr