AZ

Nyu-York şəhərinin ilk müsəlman meri - Zohran Mamdani

İlkin nəticələrə görə, Zöhran Məmdani  noyabrın 4-də Nyu-York şəhər meri seçkilərində səslərin 50,4 faizini toplayaraq  qələbə qazanıb. Müstəqil namizəd kimi iştirak edən digər iki namizəd - respublikaçı Körtis Sliva və keçmiş Nyu-York qubernatoru Endryu Kuomo müvafiq olaraq səslərin 7,1 faizini və 41,6 faizini toplayıblar.

34 yaşlı Zohran Mamdani immiqrant əsilli amerikalıdır. O, Uqandada hindli valideynlərin ailəsində anadan olub. Anası Mira Nair tanınmış hind-amerikalı kinorejissor, atası Mahmud Mamdani isə hindli əsilli Uqanda alimidir.

Zohran Mamdani beş yaşında olanda ailəsi Uqandadan Cənubi Afrikaya, cəmi iki il sonra isə Nyu-York şəhərinə köçüb. O, 2018-ci ildə naturalizasiya yolu ilə ABŞ vətəndaşlığını alıb. 2025-ci ilin əvvəlində Zohran Mamdani suriyalı əsilli rəssam Rama Duvaci ilə evlənib.

Seçkilərdə qalib gəldikdən sonra o, Nyu-York şəhərinin ilk müsəlman meri olub.

Mamdaninin siyasi karyerası sürətlə inkişaf edib. 2020-ci ildə o, Nyu-York ştatının Assambleyasına üzv seçilib. 2024-cü ilin oktyabrında Nyu-York şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayanda bir çoxları onun Demokrat Partiyasının namizədliyini qazanmaq şansının az olduğunu, demək olar ki, heç olmadığını düşünürdü. Lakin nəticədə Mamdani səslərin 56,4 faizini toplayaraq ilkin seçkilərdə böyük qələbə qazanıb.

2017-ci ildən bəri Məmdani ABŞ-nin ən böyük sosialist təşkilatı olan “Amerika Demokratik Sosialistləri”nin üzvüdür. Digər məsələlərlə yanaşı, o, varlıların vergilərinin artırılmasını və minimum əmək haqqının 2030-cu ilə qədər saatda 16,50 dollardan 30 dollara qaldırılmasını müdafiə edir.

Mamdani həmçinin pulsuz məktəbəqədər təhsil müəssisələrinə universal çıxışı təmin etmək və Nyu-York şəhərində tədricən pulsuz avtobus nəqliyyatını tətbiq etmək istəyir.

Nyu-Yorkda doğulub böyüyən ABŞ Prezidenti Donald Tramp Zohran Mamdanini bəyənmədiyini gizlətməyib və bu seçkilərdə Endryu Kuomonun namizədliyini dəstəkləyib.

Səsvermə ərəfəsində ABŞ Prezidenti bildirib ki, Mamdani qalib gələrsə, Ağ Evin Nyu-York şəhərinə qanunla müəyyən edilmiş minimumdan artıq federal vəsait ayırması ehtimalı azdır. Məmdanin isə şəhərin rifahı naminə Prezident Trampla əməkdaşlıq etməyə çalışacağını bildirib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
62
42
azerbaijan-news.az

10Mənbələr