AZ

Plan hazırdır: ABŞ Rusiyanın bu vilayətini xəritədən siləcəyini elan etdi

NATO-nun Kalininqrad vilayətini blokalamaq planları var.

Publika.az
xəbər verir ki, bu iddia ilə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko çıxış edib.

Qruşko nümunə kimi NATO-nun “Baltik Sentinel” əməliyyatını göstərib, iddia edib ki, burada Kalininqradın bloklanması ssenarisi tətbiq edilir.

“NATO Baltik dənizini öz daxili sularına çevirmək, Rusiyanı tamamilə təcrid etmək arzusundadır. Lakin bütün bunlar alınmayacaq, Rusiya Baltikayanı regionun tamhüququlu üzvü olub və belə də qalacaq”, - o deyib.

Rusiya rəsmisi əlavə edib ki, mövcud şəraitdə gərginliyi azaltmaq üçün dialoq perspektivləri çətin görünür. O, Rusiyanın milli təhlükəsizliyini və maraqlarını təmin etmək məqsədilə beynəlxalq səviyyədə hüquqi və digər imkanlardan istifadə edəcəyini bildirib.

ABŞ Silahlı Qüvvələrinin Avropa və Afrikadakı komandanı general Kristofer Donahoe iyun ayında bəyan etmişdi ki, NATO və müttəfiqlərinin Kalininqrad bölgəsini məhv etmək üçün bütün imkanları var.

“Kalininqrad NATO-ya üzv dövlətlərin mühasirəsindədir. ABŞ ordusu və müttəfiqləri Kalininqradı sürətli şəkildə xəritədən silmək imkanına malikdir. Biz bu planı artıq işləyib hazırlamışıq”, - o bildirib.

Kalininqrad ətrafında gərginlik Rusiyanın vilayətdə yeni RLS tikintisindən sonra kəskinləşib. Dairəvi formada yerləşdirilən RLS kompleksi radiokəşfiyyat və rabitə üçün nəzərdə tutulmuş geniş antena şəbəkəsinə malikdir. Rusiyanın Kalininqradda RLS tikməsi NATO tərəfindən ciddi təhlükə kimi qiymətləndirilir.

Asif

Seçilən
20
publika.az

1Mənbələr