AZ

Dünyanın ən populyar geyimləri açıqlandı

Moda mütəxəssisləri dünyada ən populyar geyim, ayaqqabı və aksesuarları açıqlayıb.

"Unikal" xəbər verir ki, moda sənayesində istehlakçı davranışlarını təhlil edən "Lyst" platformasının mütəxəssisləri dünyanın ən populyar geyim, ayaqqabı və aksesuarlarını müəyyən ediblər.

Siyahının birinci yerində "Havaianas" brendinə məxsus flip-flopları qərarlaşıb. İkinci yeri "Cos" brendinin kaşmir sviteri, üçüncü yeri isə "Skims" markasının atlas büstqalteri tutub. Dördüncü pillədə "Nike və Jacquemus" əməkdaşlığı ilə buraxılmış qırmızı idman ayaqqabıları, beşinci yerdə isə "Polo Ralph Lauren" markasının zolaqlı midi donu yer alıb.

Bundan əlavə, mütəxəssislər reytinqdə "Saint Laurent" və "The Row" markalarının loferlərini, "Savette" brendinə aid zamşa tote çantanı, "Nike" idman krossovkalarını və "Coach" brendinin kult modeli sayılan "Empire 48" adlı dəri çantanı da qeyd ediblər.

Gülayə Mecid 

Seçilən
45
1
unikal.az

2Mənbələr