AZ

Putinin ən yaxın dostu və təbliğatçısı öldü

Vətəninfo.az xəbər verir ki, tanınmış rusiyalı teleaparıcı və proputinist Yuri Nikolaev  Moskvada dünyasını dəyişib. Onun yaşı 76 olub. Putinin ən yaxın dostu və təbliğatçısı olan aparıcı  Sovet dövrünün məşhur musiqi proqramları — “Utrennyaya poçta”, “Utrennyaya zvezda” və “Dostoyanie respubliki” — ilə tanınıb. Onun adı Sovet televiziyasının önəmli simalarından biri kimi xatırlanır.

Son illərdə Nikolaev yalnız peşəkar fəaliyyəti ilə deyil, həm də açıq proputinist mövqeyi ilə tanınıb. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra o, Rusiyanın hərbi təcavüzünü dəstəklədiyini bəyan edib. Həmçinin müharibəyə qarşı çıxan rusiyalı sənətçiləri sərt tənqid edib və onların Rusiyaya qayıtmasının mümkünsüz olduğunu bildirib. Bu açıqlamalar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Seçilən
38
veteninfo.az

1Mənbələr